27.07.2024, 10:08
AZ EN
11.06.2024, 12:46 232

Ceyms O'Brayen: ABŞ Azərbaycan və Ermənistan arasında davamlı sülh istiqamətində səyləri dəstəkləyir

XƏBƏRLƏR
  • ABŞ Azərbaycan və Ermənistan arasında davamlı sülh istiqamətində səyləri dəstəkləyir.

Bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen Ermənistanınxarici işlər naziri Ararat Mirzoyanla birgə iştirak etdiyiABŞ-Ermənistan Strateji Dialoqu üzrə yekun iclasın açılışında deyib.

O, Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə olunmasının əhəmiyyətini vurğulayıb.

"Mərkəzi Asiyadan Aralıq dənizinə qədər iqtisadi imkanların genişləndirilməsi üzərində çalışırıq. Ermənistan və Azərbaycan arasında davamlı sülh olarsa, bu imkanlar daha da genişlənəcək və biz bu istiqamətdə səyləri dəstəkləməkdən məmnunuq", - o deyib. (Trend)

Oxşar xəbərlər