23.11.2024, 04:26
AZ EN
05.04.2024, 14:46 275

Rusiya Ermənistana qarşı cəza tədbirlərinə başlayır

XƏBƏRLƏR
  • Rusiya Ermənistana iqtisadi-ticari sanksiyalar tətbiq etməyə hazırlaşır.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, Ermənistan hakimiyyətinin anti-Rusiya addımları işgüzar dairələrdə təşviş yaradıb. Hətta hökumətə bağlı iş adamları Rusiyanın hədələrindən qoxmağa başlayıb. Yaxın vaxtlarda isə Nikol Paşinyanın çevrəsindəki nüfuzlu və böyük dövriyyəsi olan biznes strukturlarına qarşı sanksiyalar tətbiq olunacağı gözlənilir. Hətta bununla bağlı Moskvadan İrəvana müxtəlif kanallar vasitəsilə mesajlar göndərilib.

Qeyd edilir ki, ən təsirli sanksiyalardan biri Ermənistana quru yolla beynəlxalq daşımalar üçün strateyi nöqtə sayılan Larsdakı keçidin bağlanması olacaq. Gürcüstan-Rusiya keçid məntəqəsində (Lars) yaradılan əngəllər və qadağalarla yanaşı onların məhsullarının Moskva və ətraf vilayətlərdəki bazarlara girişi bağlanacaq. Üstəlik vergi və digər tədbirlərin görüləcəyi də planlaşdırılır.

Ekspertlər bildirirlər ki, sadalanan sanksiyalar reallaşarsa, Ermənistan böyük iqtisadi fəalkətlə üz-üzə qalacaq.

Elxan SALAHOV

Oxşar xəbərlər