Azərbaycan və Türkiyə arasındakı əməkdaşlıq çərçivəsində Hayrullah məhləsində 3 binanın təməli qoyulub. Daha 7 binanın tikintisi üçün hazırlıqlar görülür. Ərazidə Heydər Əliyev məktəbi də inşa olunur. Bölgədə ümumilikdə 2000-dən artıq ev və iş yeri, sosial obyektlər, mədəniyyət mərkəzi, məktəb və parkın inşaası nəzərdə tutulur. Tikililərin 1000-i Azərbaycan hökuməti tərəfindən tikilir.
Tahirə AĞAMİRZƏ