18.10.2024, 09:40
AZ EN
23.07.2023, 16:33 250

Ian Ronald Peart: Prezident İlham Əliyevin jurnalistlərə olan hörməti, söylədikləri çox əhəmiyyətlidir

XƏBƏRLƏR
  • Mən Qərb jurnalistlərinin Azərbaycan haqqında yazdıqlarından məyus idim. Ümumiyyətlə, onlar çox mənfi fikirlər yazırdılar. Həqiqətən bu yazılar xoşuma gəlmirdi. Ona görə də Azərbaycanın müsbət tərəfləri - böyük tarixi, mədəniyyəti haqqında məqalələr yazmağa başladım.

Bu fikirləri Şuşa Qlobal Media Forumunun iştirakçısı, jurnalist, redaktor Ian Ronald Peart deyib.

“Şuşa haqqında o qədər çox hekayə var. Başa düşdüm ki, 2020-ci ilin noyabrından sonra işğal olunmaq mümkün deyil. Deyə bilərəm ki, Şuşada mədəniyyəti, incəsənəti, tarixi görmək və buraya gəlmək şansını əldə etməkdən çox xoşbəxtəm. Jurnalistika ilə məşğul olan biri üçün burada şanlı Şuşanı görmək və Azərbaycanın nöqteyi-nəzərini anlamaq üçün bura gəlməsi çox gözəldir. Deməliyəm ki, Prezidentin jurnalistlərə olan hörməti, söylədikləri çox əhəmiyyətlidir”, - deyə jurnalist bildirib. (AZƏRTAC)

Oxşar xəbərlər