"Hraparak"ın bu günkü yayımında yer almış "İrəvanı günahlandırdı, Ukraynaya kömək etməyi vəd etdi" başlıqlı məqalədə qeyd olunur ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyaya işgüzar səfəri çərçivəsində Ukraynanın dirçəldilməsinə həsr olunmuş iclasda çıxışı zamanı Ukraynaya ən azı 10 milyon dollar yardım olunacağını vəd edib. Ukraynada çoxsaylı insanların həlak olduğunu və humanitar fəlakət yarandığını, bunun Avropada təhlükəsizlik və sülh üçün böyük zərər olduğunu diqqətə çatdıran Azərbaycanın baş diplomatı ölkəsinin Ukraynanın suverenliyini və ərazi bütövlüyünü tanımasını bildirməklə yanaşı xüsusi vurğulayıb ki, Ermənistan mina xəritələrini tam və dəqiq verməsə də işğaldan azad edilmiş ərazilərdə işlər sürətlə davam edir.
C.Bayramov onu da bildirib ki, Ermənistanın maneəçilik cəhdlərinə baxmayaraq Azərbaycan Ukraynaya minatəmizlənməsi işində kömək etməyə həmişə hazırdır. O, əlavə edib ki, Azərbaycan Ukraynadakı dirçəliş işlərini dəstəkləyir və artıq bir sıra işlərdə, o cümlədən məktəbin yenidən tikilməsində iştirak edir.
Bütün bunlar isə iblis xislətli Ermənistanın acığına səbəb olub.
N.Qaramanlı