Bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən tədbirdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov deyib.
O, şəhərin planının qarşıdakı 20 il ərzində onun küçələrinin və evlərinin inkişafını detallı şəkildə əhatə etdiyini qeyd edib.
Prezidentin xüsusi nümayəndəsi əlavə edib ki, şəhərdə əksəriyyəti dağıdılmış təxminən 200 tarixi abidə var və bugünədək onlardan 13-ü müvafiq qaydada restavrasiya edilib. Aydın Kərimov aparılan işlər sayəsində şəhərə 2-3 dəfə çox turistin cəlb ediləcəyini qeyd edib. (APA)