29.03.2024, 13:56
AZ EN
29.04.2022, 13:45 570

Azərbaycan Prezidenti: “Biz keçmiş məcburi köçkünləri öz yurdlarına qaytaracağıq”

XƏBƏRLƏR
  • İşğaldan azad edilmiş torpaqlarda görülən hər bir iş yalnız Azərbaycan büdcəsinin maliyyə mənbəyi ilə həyata keçirilir. Heç bir ölkədən, heç bir beynəlxalq təşkilatdan bir dollar da gəlməyib.

Bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib.

Dövlət başçısının sözlərinə görə, təbii ki, bu ədalətli deyil.

“Bu, ikili standartlardır, amma nə edək, biz bu dünyada yaşayırıq. Amma hər halda, kiminsə bizə kömək edib-etməyəcəyindən asılı olmayaraq, ərazini təmizləyəcəyik. Təbii ki, bir az çox vaxt alsa da, biz keçmiş məcburi köçkünləri öz yurdlarına qaytaracağıq və Qarabağı yenidən quracağıq ki, bu da dünyaya nümunə olacaq”, - Azərbaycan Prezidenti əlavə edib.

Oxşar xəbərlər