Bunu Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndə Ruben Rubinyan Türkiyənin NTV telekanalına müsahibəsində bildirib.
"Biz Türkiyə ilə münasibətlərin tam nizamlanmasını gözləyirik ki, bu da diplomatik münasibətlərin normallaşmasını və Ermənistanın quru sərhədinin açılmasını əhatə edir", - o deyib.
Nizamlanma prosesindən danışan xüsusi nümayəndə bir daha vurğulayıb ki, İrəvan heç bir ilkin şərt olmadan münasibətlərin normallaşmasına hazırdır.
Onun sözlərinə görə, Ermənistan Türkiyə ilə sərhədin açılmasına, həmçinin münasibətlərin tam nizamlanmasına hazırdır və əgər Türkiyənin siyasi iradəsi olarsa, hər şey çox tez həyata keçiriləcək.
Daha sonra Rubinyan qeyd edib ki, Ermənistan sərhədin açılması məsələsində Türkiyənin addım atmasını gözləyir.
"Bu günə qədər əldə edilmiş ən vacib razılaşma üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün sərhədin açılması ilə bağlı 2022-ci il tarixli razılaşmadır", - o əlavə edib. (Report)