19.09.2024, 16:40
AZ EN
16.07.2024, 12:47 241

Müxalifət özünü sığortalamağa çalışır

XƏBƏRLƏR
  • "Hraparak"ın müxbiri Hayk Gevorkyana verdiyi müsahibədə keşiş Bağratın başçılıq etdiyi hərəkata münasibət bildirən "Zenesis Armenia" adlı mərkəzin rəhbəri  Abraham Qasparyan deyib ki, hakimiyyətin deməsinə baxmayaraq "Vətən naminə Tauş" hərəkatı zəifləməyib, əksinə bölgələrdə görüşlər keçirərək öz tərəfdarlarını daha da artırır.

Paşinyanın iqtidara gəlməzdən öncə verdiyi vədlərin yalnız 10 faizini yerinə yetirdiyini xatırladan A.Qasparyan müxalifin rəhbərinin din xadimi olduğunu qanunauyğun hesab edərək belə bir tarixi faktı da xatırladıb ki, hay dövlətinin yaranmasında ayrı-ayrı partiyalardan çox kilsənin xidməti olub. Hazırda çoxsaylı siyasi analitiklərin, hüquqşünasın keşiş Bağratın yanında olmasını da müsbət irəliləyiş hesab edən bu hayın Azərbaycanla sülh istəyən indiki hakimiyyətin deyil, barışmaz müxalifətin tərəfində olmasını arzulaması isə həm müxaliflərin öz gücsüzlüyünü sığortalamaq cəhdinə, həm də yeni müharibə arzusundan başqa heç nəyə xidmət etmir. Bu fikri isə baş nazir Nikol Paşinyan iyunun 17-dəki çıxışında vurğulayıb.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR