Qardaş Türkiyədəki seçkilər yaxınlaşdıqca erməni mətbuatında yayılan xəbərlərin sayı artır. Bu gün "Hraparak"da paylaşılmış "Türkiyə müxalifəti müharibə vaxtı Azərbaycanın dəstəklənməsinə qarşı idi" başlıqlı yazıda deyilir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu seçkilərlə bağlı fikir bildirərkən deyib. Agentlik qardaş ölkənin baş diplomatının "xalqımız icazə verməz ki,"təəssüf ki, Azərbaycanı dəstəklədik" deyənlər hakimiyyə gəlsin",- sözlərini də xüsusi vurğulayıb.
Cənab Ərdoğanı və Çavuşoğlunu millətçi, Qərbin yetirməsi və xidmətçisi olan, etnik kimliyi bəlli olmayan Kılıçdaroğlunu isə "beynəlmiləl demokrat" hesab edən ermənilər belə bir sərsəm fikir söyləyirlər ki, əgər Kılıçdaroğlu seçilsə, Türkiyə Azərbaycana dəstəyini dayandıra, hətta uydurma "1915-ci il soyqırımının" tanınması siyasi gündəmə gələ bilər. Kamalsız Kamal Kılıçdaroğlunun Türkiyədəki kürdlərə və digər azsaylı xalqlara müraciət edərək dəstək istəməsini də alqışlayan ermənilər onun qalib olması üçün hətta kilsələrdə və bacıları irandakı məscidlər də dualar oxunduğunu sevinclə xatırladırlar. Bu bədbəxt və fars kökənli toplum hələ də dərk edə bilmir ki, fars-hay duası ilə məsələ həll olunsa idi, R.T.Ərdoğan lider olmazdı. Zəfər isə Türkün qanındadır.
N.Qaramanlı