07.04.2025, 11:58
AZ EN
05.04.2025, 22:56 197

Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 qızıl və 2 bürünc medal qazanıblar

XƏBƏRLƏR
  • Azərbaycan cüdoçuları Polşanın Poznan şəhərində davam edən gənclər arasında Avropa Kubokunun ilk günündə 2 qızıl və 2 bürünc medal qazanıblar.

Fərid Qarayev (60 kq) və Məhəmməd Musayev (66 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsüsünün ən yüksək pilləsinə qalxıblar.

Nihad Məmişov (60 kq) və Əbil Yusubov (73 kq) isə bürünc medala sahib çıxıblar.

Qeyd edək ki, hazırda yığma 4 medalla ümumi sıralamaya başçılıq edir. Turnirə 23 ölkədən 412 cüdoçu qatılıb. (Report)

Oxşar xəbərlər