02.07.2022, 18:55
AZ EN
24.01.2022, 14:26 3365

“Mənə şeir yaz” təqdim olundu

YARADICILIQ

Yanvarın 23-də “Azərkitab” kitab təbliğatı mərkəzində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinin əməkdaşı jurnalist Orxan Aslanın “Mənə şeir yaz” şeirlər kitabının təqdimatı və imza günü keçirilib.

Təqdimat mərasimini Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşı, “Vətən səsi” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Elşən Əliyev açaraq, mətbuat və ictimaiyyət nümayəndələrinə müəllifin ilk kitabı haqqında məlumat verib. Bildirilib ki, kitabda gənc şairin son 5 ildə yazdığı şeirlər toplanıb. “Qanun” nəşriyyatında hazırlanıb çap edilmiş kitabda müəllifin yazdığı şeirlərdən 56 nümunə seçilərək, oxuculara təqdim olunub. Kitabda əsasən Vətən, sevgi, tənhalıq mövzularında şeirlər yer alıb.

Tədbirdə Vətən müharibəsi iştirakçıları, jurnalistlər kitab və müəllif haqqında fikirlərini bölüşüblər.

Orxan Aslan 10 ilə yaxındır jurnalistika sahəsində çalışır və paralel olaraq da şeirlər yazır. Bununla yanaşı, hazırda Kəlbəcərdə baş verən qətliamla bağlı roman üzərində çalışır.

Tədbirin sonunda müəllif təqdimata qatılan və kitabın ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkürünü ifadə edib. Sevimli oxucuları üçün kitab imzalayaraq, hədiyyə edib.

Qeyd edək ki, Orxan Şamxal oğlu Aslanlı 1992-ci ildə Qubadlı rayonunda anadan olub. Bakı şəhərindəki 93 nömrəli orta məktəbi və Azərbaycan Universitetinin jurnalistika fakültəsini bitirib. Dövrü mətbuatda çoxsaylı məqalə, reportaj, müsahibə, analitik yazılarla çıxış edib. "Mənə şeir yaz” müəllifin ilk kitabıdır.

Oxşar xəbərlər