21.11.2024, 21:58
AZ EN
04.04.2022, 11:00 1365

Dövlət Komitəsinin sədri Biləsuvarda vətəndaşları qəbul edəcək

XƏBƏRLƏR

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, aprelin 8-i saat 10:00-da Biləsuvar rayonunda, Cəlilabad, Cəbrayıl və Biləsuvar rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı Biləsuvar, Cəlilabad və Cəbrayıl rayonları sakinlərinin müraciətləri dinləniləcək. 

Qəbulda iştirak etmək istəyən vətəndaşlar Dövlət Komitəsinin “Qaynar xətt” nömrəsi -1657 və 055 900 12 40 mobil nömrəsi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər. 

Xatırladaq ki, qəbul pandemiya tələblərinə uyğun olaraq keçiriləcək. Qəbulda peyvənd və yaxud immunitet sertifikatı, həmçinin COVID-19-a qarşı peyvəndə əks-göstəriş sertifikatı olan vətəndaşlar iştirak edə bilər.

Oxşar xəbərlər