02.07.2022, 18:01
AZ EN
31.03.2022, 09:00 3704

Məcburi köçkünlər İlkin Niyyət Protokolunu könüllü imzalayırlar

XƏBƏRLƏR

Bəzi kütləvi informasiya vasitələrində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ərazisi işğaldan azad olunmuş rayonların sakinləri ilə qayıdışla əlaqədar olaraq İlkin Niyyət Protokolu imzaladığı barədə məlumat yayılıb.

Komitənin Mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, dövlətimizin başçısının tapşırıqlarının icrası ilə əlaqədar olaraq, Böyük Qayıdışın mühüm tərkib hissəsinin – köçürülmə və reinteqrasiya prosesinin effektivliyini təmin etmək üçün zəruri tədbirlər həyata keçirilir. Komitənin aidiyyəti şöbəsinin əməkdaşları tərəfindən qayıdışa hazırlıq məqsədilə keçirilən sorğular nəticəsində əlavə məlumatlar öyrənilməklə mövcud elektron məlumat bazası təkmilləşdirilir, eyni zamanda, məcburi köçkünlərin qayıdışla bağlı fikirləri öyrənilir. Sorğular nəticəsində doğma yurd-yuvasına qayıdacaq ailələrin sayının müəyyənləşdirilməsi işğaldan azad olunmuş ərazilərdə inşa olunacaq yaşayış sahələrinin layihələndirilməsi və sifarişi üçün istifadə olunması nəzərdə tutulub.

İlkin Niyyət Protokolu yuxarıda qeyd edilən sorğudan sonra, məcburi köçkünlər tərəfindən könüllü imzalanır.

Oxşar xəbərlər