Yürüşdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri, ərazidə çalışan şirkət və qurumların işçiləri iştirak ediblər.
Yürüş iştirakçıları şəhidlərin adları əks olunan lövhənin önünə qərənfillər qoyub, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirələrini ehtiramla yad edib, ruhlarına dualar oxuyublar.
Şəhidlərin məzarları da ziyarət olunub, üzərinə gül dəstələri düzülüb.
Saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. (AZƏRTAC)