Sərəncama əsasən, Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Məmmədov Elçin Məmmədbağır oğluna, Baş prokurorun müavinləri Camalov Elmar Heybət oğluna, Məmmədov Heydər Vidadi oğluna, həmçinin Baş prokurorun müavini –Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Rəcəbov Nazim Hafis oğluna II dərəcəli dövlət ədliyyə müşaviri, Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Əvəzov Nemət Yusif oğluna və Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi Əlixanov Erkin Hüseynağa oğluna III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.