Vüqar Valeh oğlu Mustafayev 1986-cı ildə Bakı şəhərində anadan olub. 2004 – 2008-ci illər Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası Mühəndis iqtisadiyyatı və idarəetmə - Menecment (fərqlənmə), 2010 – 2013-cü illər Xəzər Universiteti Maliyyə və kredit ixsitsası üzrə “Biznesin idarə edilməsi (MBA)” magistr proqramı üzrə təhsil alıb.
2016-ci ildən etibarən beynəlxalq assosasiya olan Daxili Auditorlar İnstitutunun üzvü olmaqla yanaşı, “Certified İnternal Auditor (CİA)” – Beynəlxalq Daxili Auditor kvalifikasiyası əldə edib. 2020-ci ildən beynəlxalq “İBM Data Science Specialization” – Data Elmi üzrə ixtisastlaşmış kvalifikasiyaya sahibdir.
Bakalavr təhsili dövründə 2006 – 2008-ci illərdə müxtəlif şirkətlərdə Təlim Koordinatoru və Maliyyə və mühasibatlıq üzrə mütəxəssis vəzifələrində fəaliyyət göstərib. 2009–2012-ci illərdə ölkədə fəaliyyət göstərən dünyanın nüfuzlu beynəlxalq audit şirkətlərindən olan “Ernst & Young CIS B.V” şirkətində baş mütəxəssis olaraq çalışıb. 2012–2014-cü illərdə Azerfon MMC-də Daxili Audit Departamentinin Direktoru kimi faəliyyət göstərib. 2014-cü ildən etibarən PAŞA Holdinq MMC və ona aid olan Şirkətlərdə müxtəlif rəhbər vəzifələrində çalışıb.
Azərbaycan Prezidentinin 15 mart 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini vəzifəsinə təyin olunub. Azərbaycan Prezidentinin 18 noyabr 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə sənayesi naziri vəzifəsinə təyin olunub.
Ailəlidir. İki övladı var.