Bu sözləri "Real"a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
Deputat bildirib ki, biz özümüz konstitsion niyyət olaraq bəyan etmişik ki, müharibələri rədd edirik, bizim üçün prinsipli əməkdaşlıq əsasdır: "Beynəlxalq hüququn tanınmış normalarında əksini tapan prinsiplər bizim üçün çox vacibdir və dövlətlərlə münasibətimizi bu əsasda qururuq. Eyni zamanda konstitsion niyyət olaraq, bəyan etmişik ki, biz ümumbəşəri dəyərləri rəhbət turaraq bütün dünya xalqları ilə sülh, əmin-amanlıq şəraitində yaşayaq.
Bütün dövr ərzində cənab Prezident İlham Əliyevin çoxşaxəli xarici siyasət kursunun təməl prinsiplərinə, bazasına baxsaq, Ulu Öndərin qoyub getdiyi siyasi yol xəritəsinə baxsaq, görərik ki, doğrudan da, dünya xalqları ilə, dünya dövlətləri ilə əməkdaşlıq, əməkdaşlıq mühitinin inkişafı, tərəfdaşlıq və s. bunlar bizim əsas prioritetlərimizdir. Amma elə dövlətlər var ki, biz o dövlətlərlə əməkdaşlığımızı daha çox dərinləşdirmişik. Strateji müttəfiqlik səviyyəsinə yüksəktmişik və bu da yalnız siyasi bəyanatlarla kifayətlənmir, kifayət olunacaq bir məqam davdeyil. Məsələn, Azərbaycan Vətən müharibəsində kimin bizim yanımızda olduğunu, kimin bizim qarşımızda olduğunu gördü. Əməli olaraq görürük. Azərbaycan xalqı bunu gördü. Bizim yanımızda olan təbii ki, siyasi dəstək verməklə, siyasi cəhətdən bizim yanımızda olan Türkiyə oldu, Pakistan oldu və bu mənada bu gün Türkiyənin də, Pakistanın da liderlərini Azərbaycanda görmək, Azərbaycanın yaratdığı yeni geosiyasi reallığın mənzərəsini liderlərimizin birgə seyr etməsi özlüyündə çox vacibdir. Digər tərəfdən, qütblərarası ziddiyyət, biz nə qədər arzulamasaq da, dərinləşir. Ayırıcı xətlər cənab Prezidentin də dediyi kimi, nə qədər arzuolunmaz olsa da, daha da dərinləşməkdədir. Belə olan məqamda əməkdaşlıq mühitinə çox ciddi ehtitac var. Xüsusən orta güclərin əməkdaşlığı çox vacibdir".
Deputat daha sonra vurğulayıb ki, bu gün Pakistan da, Türkiyə də dünyanın önəmli hərbi güclərindən sayılır: "İstər potensiallarına görə, istər, eyni zamanda əhali, ərazi, yerləşdiyi coğrafi, mövqe baxımından, hərbi güc, müdafiə sənayesi baxımından.
İş orasındadır ki, Azərbaycanın qələbələrindən sonrakı dövrdə, artıq Azərbaycan Prezidenti də ölkəmizi çox önəmli regional orta güc kimi təsdiq etdirə bilib. Bu mənada bizim əməkdaşlığımız yalnız kimdənsə, nəsə almağa, kiminsə himayəsinə sığınmağa yönəlib kimi tamamilə o mövzudan tam uzaqdır. Biz bu gün alacağımız qədər verəcəyi qüdrətindəyik. Yəni, kimdənsə kömək alacağımız qədər kömək edəcək qüdrətindəyik. Bu əməkdaşlıq təbii ki, daha çox faydalıdır. Biz ümummilli mənafeləri rəhbər tutaraq əməkdaşlıq edirik. Biz dövlətlərimizin maraqlarını rəhbər tutaraq əməkdaşlıq edirik və bu əməkdaşlığımız bölgədə hər hansı sağlam gücə qarşı yönəlməyib. Bizim əməkdaşlığımız xalqlarımızın rifahına, bölgənin rifahına yönəlib. Bölgənin təhlükəsizliyinin təmininə yönəlib və görünən də odur ki, münasibətlərin gedişatı, əməkdaşlığın gedişatı göstərir ki, bizim seçdiyimiz bu yol möhtərəm Prezidentimizin istiqamətləndiyi bu siyasi kurs həqiqətən də yalnız Azərbaycanı yox, bütövlükdə bölgənin təhlükəsizliyinin qarantına çevrilə bilib.
Tahirə AĞAMİRZƏ