Uydurmaları, saxtakarlığı, xəyanəti, qorxaqlığı genlərindən gələn haylar Fransa, İran, Hindistan və daha bir-iki ölkədən başqa, demək olar ki, bütün ölkələrin rəsmilərini tənqid etməyi də artıq ənənəyə çevirməkdədirlər. Türkiyə ilə sərhəd açılacağı təqdirdə türklərin İrəvanda kapital qoyub kök salacaqlarını indidən ehtimal edənlər isə çoxalmaqdadır.
Baş nazirin sabiq müavini Armen Gevorkyan usə fevralın 22-də mətbuatda yayılmış "Üç dəqiq məqsəd var. Dünya ermənilərin başına fırlanmır" başlıqlı məqalədə bunlarla razılaşmayaraq deyib ki, "bu dönəmdə ən mühümü rasional olmaqdır, başa düşmək lazımdır ki, dünyada gedən oyunlar haylar üçün deyil, yəni dünya haylara görə fırlanmır ki....İndiki hakimiyyətin apardığı siyasətin erməni cəmiyyətini nə qədər qane etməsə də dünyanın siyasi mərkəzlərini idarə edənləri o qədər qane edir."
O daha sonra dünyanı idarə edən güc mərkəzinin 3 məqsədinin olduğunu sadalayıb: 1) Rusiyanı diz çökdürmək, 2) Çinin təsir dairələrini minimuma endirmək, 3) bütün güc və idarəetmə rıçaqlarını öz əllərində saxlamaq.
Sabiq baş nazir müavini bir daha xatırladıb ki, indi XVIII-XIX əsrlər deyil ki, "erməni məsələsi" daim masada olsun.
Düz sözə nə deyəsən. Axı, dünya haylar üçün yaşamır ki!