19.04.2024, 03:43
AZ EN
18.02.2023, 16:18

İran haylara əriştə kəsir

Nəsib QARAMANLI

  • Ötən il sentyabrın ortalarında molla rejiminin ləğvinə nail olmaq üçün başlayan kütləvi etirazlar bir neçə gün dayandıqdan sonra yenidən start götürüb. İranın 15-dən çox iri şəhərlərində ali dini liderin və bütövlükdə iqtidarın istefa tələbini irəli sürən etirazçılar barədə fikir mübadiləsi aparan haylar yenə də Azərbaycanın, Türkiyənin və İsrailin ünvanına əsassız ittihamlarla çıxış edirlər.

Özü problemlər içərisində boğulan molla rejimi isə,belə demək olarsa, hayların xahişi ilə onlara əriştə kəsmək işinə başlayıb. Belə ki, gündəlik "Joğovurt" qəzeti bu günkü sayında dərc olunmuş baş məqaləsində iranlı mütəxəssislərin Ermənistan ərazisində guya Azərbaycan tərəfindən basdırılmış minaların aşkar edilib təmizlənməsinə yardım edəcəyini bildirib. Yalan olduğu dəfələrlə bildirilən "erməni torpaqlarının işğalı" ifadəsini işlətməkdə Fransa ilə sanki yarışa girən İranın Zəngəzur bölgəsi barədə həyasızlığı artıq dost Ukraynanın mətbuatında da öz yerini genişləndirməkdədir. Separatçı biznesmen Ruben Vartanyana məxsus şirkət vasitəsilə Rusiyaya satılan "molla" dolları vasitəsilə ölkəsində böyük dağıntılar yaratdığını qeyd edən ukraynalı Lyubov Somon xüsusi vurğulayır ki, İran müsəlman ölkəsi olsa da əhalisinin çoxu müsəlman olan qonşusu Azərbaycan Respublikasına böyük ziyanlar vuran Ermənistanın işğalçılıq siyasətinə daim dəstək verən qeyri demokratik dövlət imicini davam etdirir.

Kokret desək, hayların mətbuatında fevralın 18-də yayılmış xəbərlərin əksəriyyəti yenə də heç bir həqiqətə söykənmir və bu ölkənin vətəndaşlarının çoxunun başlarına Dəmir Yumruq istədikləri qənaətinə gəlməyə əsas yaranır.

SON XƏBƏRLƏR