26.12.2024, 20:10
AZ EN
17.02.2023, 10:26

İran suyu yenə bulandırır

Nəsib QARAMANLI

  • Azərbaycan ordusunun 44 günlük müharibədəki zəfərinin guya Əli Xamneyinin fətvası ilə baş tutduğu kimi psixoloji xəstəlik nümunəsi ilə dəyərləndirən İran diplomatiyasında yenə cəfəng açıqlamalar davam etməkdədir və bu sağlam düşüncə sahibləri tərəfindən həm ironiya, həm də növbəti təxribatlar anonsu kimi qarşılanmaqdadır. Belə ki, məlum olduğu kimi, Qərbin, xüsusilə Fransanın hərtərəfli dəstəyi ilə islam inqilabı pərdəsi ilə müsəlman dünyasının düşməni rolunu məharətlə oynayan İranın Qafanda baş konsulluq adı altında öncə  "hüseyniyun", sonra isə "süleymaniyun" terror dəstəsi yerləşdirməsi, üstəlik Hayastanda "mülkü müşahidə" adı altında Avropa İttifaqının həm də peşəkar kəşfiyyat işləri aparacaq "missiyasının" fevralın 20-dən fəaliyyət göstərəcəyi barədə açıqlama molla rejimi tərəfindən sükutla qarşılansa da bu Azərbaycanın və Rusiyanın narazılığına səbəb olub.

Bununla bağlı həm Ermənistan, həm də Rusiya mətbuatında müxtəlif xəbərlər yayılmaqdadır.

Rusiyanın bir sıra beynəlxalq ekspertləri, ön sırada isə Azərbaycanın haqlı mövqeyini həmişə dəstəkləyən İqor Korotçenko, Sergey Markov və Boris Şevçenko Avropa İttifaqının və Ermənistanın bu hərəkətini ciddi tənqid etməklə bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasında böyük çətinliklər, hətta hərbi qarşıdurmalar olacağını istisna etmirlər. Belə bir fikir də vurğulanır ki, Zəngəzur bölgəsinin Qafan şəhərində Rusiya Federasiyasının da konsulluğu açılacaq və bu istiqamətdə işlərə start verilib. Bu isə həm Qərbin, xüsusilə Fransanın, həm də hayların daimi tərəfdarı İranın yeni və təhlükəli oyunlara başlamasına səbəb olub. Ən gülməlisi odur ki, dinlə heç bir araya sığmayan hoqqalar məkanı olan "islam respublikası" bildirib ki, İran Zəngəzuru müəyyən müddətə icarəyə götürüb və onun razılığı olmadan heç bir üçüncü tərəf oraya gələ bilməz. Siyasi baxışlarında və müsahibələrində az da olsa obyektivlik nümayiş etdirən politoloq Stepan Qriqoryan da məhz İranın və Fransanın bölgədə sabitliyi poza biləcək oyunlar müəllifi olduğunu, özü demiş, vurğulamağa məcbur olub. Onun fevralın 17-də YouTube-da yerləşdirilmiş müsahibəsindən o da məlum olur ki, İran Rusiya konsulluğunun Qafanda deyil, məcburiyyət olduqda Rusiyanın 102-ci bazasının yerləşdiyi Gümrü şəhərində açılması üçün Ermənistan hakimiyyəti qarşısında şərt qoyub.