1971-ci ildə yaradılmış bu forumda ilk olaraq Avropanın 450 aparıcı şirkətinin rəhbərləri toplaşaraq perspektivləri müzakirə etmiş, ümumi strategiya hazırlamışlar. Zaman keçdikcə bu forumun əhəmiyyəti daha da genişlənərək qlobal iqtisadiyyatı istiqamətləndirir, dövlət və hökumət başçıları, beynəlxalq təşkilatlar, elm adamları, siyasətçilər, iqtisadçılar, biznesmenlər geniş müzakirələr apararaq gələcək üçün strategiyalar hazırlayırdılar.
Hazırki dövrdə dünyada baş verənlər onu deməyə əsas verir ki, əvvəlki forumdan fərqli olaraq budəfəki müzakirələr daha geniş dairələri, əraziləri, maraqları və niyyətləri əhatə edir. Bu baxımından Azərbaycan Prezidenti İlham Əliyevin dünyanın supergüc dövlətini təmsil edən şirkətlərin rəhbərləri ilə görüşüb müzakirələr aparması gələcəyə hesablanmış doğru yolun təsdiqidir. Reallıq bundan ibarətdir ki, artıq dünyada sülhün bərqərar olmasına təkanverici qüvvə iqtisadi amildir və bu cəhətdən siyasi-iqtisadi nizamlanma prosesində nəhəng iqtisadi birliklərin rolu daha da artmaqdadır. Nəzərə almaq lazımdır ki, beynəlxalq hüququn prinsipləri tam yerinə yetirilmir, hətta BMT-nin özü qərarlarının yerinə yetirilməsinə nail ola bilmir, çünki söykənəcəyi gücə malik deyil.
Beynəlxalq sabitliyi qorumaq, davamlı sülhü bərpa edəcək yeni dünya nizamını qaydaya salmaq baxımından Qəzza Sülh Şurasının yaradılması da regional və beynəlxalq müstəvidə işlək mexanizmin yaradılmasını, mövcud beynəlxalq təşkilatların siyasi səhnədən kənarlaşmasını açıq şəkildə önə çıxarır. ABŞ Prezidenti Donald Trampın Azərbaycanı Qəzza Sülh Şurasına təsisçi kimi dəvət etməsi də olduqca vacib və böyük etimadın nəticəsidir.
Davosda 58 dövlətin iştirakı ilə keçirilən forumda Prezident İlham Əliyevin dünyanın bir çox tanınmış siyasətçiləri, biznesmen və şirkət rəhbərləri ilə qarşılıqlı etimada əsaslanmış müxtəlif səpkili ğörüşləri regionumuzda sülhün bərqərar olmasına öz töhfəsini verəcəkdir.
Nəzərə alsaq ki, dünya siyasi nizamına yeni bir baxış və yanaşma mövcuddur, bu baxımından Davos İqtisadi Forumun və supergüc dövlətln təşəbbüsü qarşılıqlı maraq doğuran məsələlərə öz müsbət təsirini göstərəcəkdir.
Sürətlə dəyişən zaman çərçivəsində ətrafımızda baş verənlərə dəqiq, ölçülüb-biçilmiş münasibət bildirilməsi uğurlu gələcəyimizə hesablanmış ən doğru yoldur!