Zaman göstərdi ki, İlham Əliyev sadəcə siyasətçi deyil. O, düşmənin murdarladığı torpaqlarda Allahın evlərini - məscidləri paklayan bir dövlət başçısıdır. Donuz saxlanan, dağıdılan məscidlərdə bu gün yenidən Azan səslənirsə, bu, Onun Allaha verdiyi sözü tutmasındandır. Bəli, İlham Əliyev Allahdan güc alan, xalqına arxa duran, şəhid analarının göz yaşını silən, şəhid övladlarına ata qayğısı göstərən böyük bir İNSANdır!
Onun liderliyi sadəcə cəbhədə yox, masada da sarsılmaz oldu. 30 illik işğala son qoyulması təkcə hərbi qələbə deyildi, bu, siyasi qətiyyətin, milli birlik ruhunun və müdrik strategiyanın zəfəri idi. Qarabağda, Şərqi Zəngəzurda üçrəngli bayrağımız dalğalanırsa, bu, İlham Əliyevin təmkinli və ötkəm addımlarının nəticəsidir.
Bu gün o, təkcə insanlardan yox, torpaqdan, dağdan, daşdan, təbiətdən də dua alır. Səmimi, sadə, amma eyni zamanda güclü bir LİDER olaraq, O, xalqının ürəyində inam və sevgi ilə yaşayır. İlham Əliyevin doğum günü – bir Liderin xalqı ilə qovuşduğu, dua ilə yad edildiyi bir gündür.
Bu gün biz sadəcə bir Prezidentin doğumunu deyil, bir millətin övladı olaraq onunla qürur duyduğumuzu, bu torpaqlar uğrunda apardığı mübarizəyə minnətdar olduğumuzu bildiririk.
Doğum gününüz mübarək, cənab PREZİDENTİM, ALİ BAŞ KOMANDANIM!
ALLAHDAN SİZƏ BƏRƏKƏTLİ ÖMÜR ARZULAYIRAM!