Elə bu tarixdən etibarən çətin dövrləri yaşayan, Qarabağ münaqişəsi ilə bağlı güclü beynəlxalq təzyiqlərə məruz qalan Azərbaycana rəhbərlik etmək heç də asan deyildi. Lakin bütün dövrlərdə Prezidentimiz İlham Əliyev sınaqlar, siyasi hakimiyyətin ağırlığını duyaraq, gələcək fəaliyyət proqramını düzgün müəyyən edərək uğurlu gələcəyimizə hesablanmış strateji xətti -Ata vəsiyyətini layiqincə yerinə yetirdi, müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin qurucusu və memarı HEYDƏR ƏLİYEVİN layiqli davamçısı olduğunu konkret əməli ilə təsdiq etdi.
Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunun daha da möhkəmləndirilməsi, qonşu dövlətlərlə balanslaşdırılmış və uğurlu xarici siyasət ona gətirib çıxardı ki, 1992-93-cü illərdən etibarən ərazisinin 20 faizi işğalda olan dövlətimizin ərazi bütövlüyü 2020-ci ildə 44 günlük müharibə nəticəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında rəşadətli ordumuz tərəfindən təmin edildi, 2023-cü ildə isə antiterror əməliyyatı zamanı erməni terror birləşmələri ərazidən tamamilə çıxarıldılar, Azərbaycanın dövlət olaraq suverenliyi tam təmin olundu.
İşğala məruz qalmış Qarabağımız Prezident İlham Əliyevin ağıllı siyasəti nəticəsində azadlığına qovuşdu. Nəticədə ləyaqətli qayıdış proqramına uyğun olaraq keçmiş məcburi köçkünlər öz doğma ocaqlarına dönürlər, bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Azərbaycanın ən yaxın tarixində qazanılmış Zəfərin təntənəsi İlham Əliyevin ağıllı-uğurlu siyasətinin nəticəsi olaraq Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazılmışdır.
Qonşuluq münasibətləri çərçivəsində sülh sazişinə aparan strateji yolun ideya müəllifi və təşəbbüskarı olan Prezident İlham Əliyevin dünyanın supergüc dövlətlərinin başçıları ilə səmimi və sıx əlaqəsi Vaşinqtonda, Pekində və Qahirədə hərarətlə qarşılanır, dəstəklənir. Bu da bir daha onu təsdiq edir ki, Prezident İlham Əliyev nəyi, nə vaxt və necə etməyi çox gözəl bilən müdrik siyasi Liderdir, Azərbaycanın dövlət başçısı olaraq hələ çox böyük uğurlara imza atacaqdır !
Prezident olaraq İLHAM ƏLİYEVİN fəaliyyət göstərdiyi bütün illərin ən qısa xronikasına nəzər saldıqda görürük ki, o 22 illik Prezidentlik dövründə xalqına, dövlətinə sədaqətli xidmətlərilə Azərbaycanın tarixində əbədi yaşarIlıq qazanmışdır!
Azərbaycan dövləti ən qürurlu və eyni zamanda, xalqımıza xeyirli olacaq böyük perspektivlərin həyata keçirildiyi bir dövrünü yaşayır. İnanıram ki, müdrik Prezidentimiz İlham Əliyev xalq-dövlət-ordu birliyimiz sayəsində qazanılmış nailiyyətləri qoruyaraq daha böyük qələbələr qazanacaq, Azərbaycan dövlətinin daha inkişaf etməsini təmin edəcəkdir.
Prezidentimizə sağlamlıq, xoş-firavan həyat, yeni-yeni uğurlar arzulayıram!