01.12.2024, 22:14
AZ EN
22.11.2024, 13:53

Saqqalsız Paşinyan gerçəyə uyğun siyasi imic yolunda

Elxan SALAHOV

Saqqalını qırxmaqla zahiri imicini dəyişən Nikol Paşinyan "Facebook" səhifəsinin də fonunu yeniləməklə siyasi müstəvidə də fərqli mesajlar verməyə başlayıb. O, Ermənistan lideri kimi "Facebook" səhifəsinin fonunu Ağrı dağının şəkli ilə dəyişiərək yeni gündəm yaradır. Hərçənd, Baş nazirin açıq və üstüörtülü  mesajları Ermənistandakı revanşist əhval-ruhiyyəli readikalları qıcıqlandırıb. Hətta özündən çıxıb özünə əl qatanlar da var...

İrəvanda baş verənlərlə bağlı Ermənistan mətbuatında müxtəlif səpkili məlumatlar dərc olunur. Həmin yazıların əksəriyyətində Paşinyan "Facebook" səhifəsindəki fon şəklində Qarabağ və Ağrı dağına yer verməməsinə görə qınanılır. Xüsusilə revanşizmin təbliği ilə məşğul olan nəşrlər onu Ermənistanın milli maraqlarını satmaqda ittiham edirlər. “Lurer” portalı yazır ki, Paşinyanın fon şəkli kimi paylaşdığı fotoda artıq ləğv edilmiş qondama "Artsax"sız (separatçılar Qarabağ bölgəsini belə adlandırırdılar - E.S.) Ermənistanın xəritəsi və Araqat dağı əks olunub. Fon şəklinin altında isə “Budur dövlət, budur çörək, budur vətən, yaşadığın yer buradır” qeydi yazılıb.

Baş nazir bununla demək istəyir ki, Ermənistan ərazisindəki ən yüksək dağı Türkiyədə yerləşən Ağrı dağı yox, Araqatdır. O, həmçinin Qarabağın Azərbaycanın bir hissəsi olduğuna da işarə edib. Başqa sözlə, Paşinyan Türkiyə və Azərbaycana qarşı ərazi iddialarından əl çəkərək "Real Ermənistan" ideyasını irəli sürüb. O, qonşularla dinc və qarşılıq hörmət əsasında yaşamağın alternativsiz olduğunu dərk edərək erməni ictimaiyyətini Azərbaycanın haqlı tələbləri qarşısında geri çəkilməli olduğuna inandırmağa çalışır.

Son iki yüz ildə yanlış yolda olduqlarını dəfələrlə bəyan edib Paşinyan. Şuşada "Yallı" getməyinin bədəlini ödədikdən sonra bunu utana-utana olsa da, açıq şəkildə söyləməkdən çəkinməyib!

Saqqalını qırxandan sonra qollarını çirməyərək siyasi səhvlərini "düzəltməyə" girişib. Birinci addımı  mühüm dövlət postu tutan nüfuzlu məmurların bir neçəsini istefaya göndərməklə komandasında təmizləmə qərarları verməklə atdı. Dərhal mətbuatda və sosial şəbəkələrdə ona qarşı yönələn lağlağı tənqidlər, yarızarafat müzakirələr başladı. Başını dəyirmana soxmuş donuz kimi heç nədən xəbəri olmayan ermənilərin lağlağı hədəfindən yaxa qurtarmaq üçün elə "Facebook" üzərində erməni xalqına müraciət etməsi və ardınca ailə üzvləri ilə birlikdə Vatikana yollanması da çox mətləblərdən xəbər verir..

Qırx dörd günlük müharibədən və ötən ilin sentyabrındakı antiterror əməliyyatlarından sonra mövcud reallıqları qəbul etmək zorunda qalan Ermənistan lideri öz ölkəsinin konstitusiyasını dəyişməklə yanaşı Azərbaycanın daha iki tələbini yerinə yetirməyincə sülh sazinin imzlanmayacağını başa düşməyə başlayıb. Həmin iki tələb isə bunlardır: Avropa İttifaqının müşahidəçilərindən ibarət missiyanın sərhəddən çıxarması və beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı iddiaların geri götürülməsi.

Bu gerçəkliyi hətta Ermənistanın keçmiş xarici işlər naziri Ara Ayvazyan da başa düşür. O, mitinqlər yolu ilə Ermənistanda hakimiyyətə gələn saqqallı inqilabçın hərbi və diplomatik müstəvidə Azərbaycana və Prezident İlham Əliyevə uduzmasını məyusluqla erməni ictimaiyyətinin diqqətinə çatdırıb: "Regionda yaranmış  vəziyyət təkcə hərbi yox, həm də diplomatik müstəvidə Azərbaycanın xeyrinədir. Hamı bilir ki, müharibələr təkcə döyüş meydanında qələbə naminə yox, həm də düşmənə öz iradəni diktə etmək üçün aparılır. Biz 1994-cü ildə qalib gəldik, amma öz iradəmizi Azərbaycana qəbul etdirə bilmədik".
Bu da Paşinyan və "Böyük Ermənistan" xülyası ilə yaşayanlar üçün BÖYÜK ETİRAF!

Azərbaycan xalqının məşhur el məsəli də burda yerinə düşür: "Düzəlmişdi hər yarağı, qlımışdı saqqal darağı"...