2020-ci il, sentyabrın 27-də istədilər Azərbaycana əzələ nümayiş etdirsinlər. Səbr kasası dolan möhtəşəm ordumuz bu dəfə onların əzələsinə elə bir “hippon” fəndi işlətdi ki, cəmi 44 gün ərzində 30 ilə işğal etdikləri torpaqlardan cəhənnəm oldular. Azərbaycan xalqının tarixi zəfəri ilə yekunlaşmış Vətən müharibəsindən, “DƏMİR YUMRUQ”un zərbindən nəticə çıxaracaqlarını düşünsək də, belə olmadı. Cəmi bir il sonra, 2021-ci ilin sentyabrında yenə istədilər bizə fənd işlədib məğlubiyyətlərinin az da olsa qisasını alsınlar. Bu dəfə də qəhraman əsgərlərimiz cəmi üç günə onlara növbəti “hippon”u göstərdi. Yenə fikirləşirdik ki, daha ağılları başlarına gələr, bir də qələt eliyib bizə qarşı çaşmazlar. Amma hardan? Onlarda ağıl olsaydı tarixdə heç olmazsa bircə dəfə müstəqil millət kimi dövlət qura bilərdilər. İndi qərbdən, şimaldan, hətta bizimlə eyni tarixi yaşamış cənubdan verilən dəstəklə Azərbaycan torpaqlarında qurduqları layihə-dövləti qoruyub saxlamaq üçün azca ağıl lazımdı ki, bizə dəyib-dolaşmadan ağalarının dilənçi boxçaları hesabına burda yaşasınlar. Amma onu da bacarmırlar. Düz bir il sonra, 2023-ün sentyabrında yenə qudurmuşluqları tutdu. Arayik, Bako, Robert, Serjik, Vitalik, daha bilmirəm kimlər və hansı məxluqlar istədilər yenə səbrimizi sınağa çəksinlər. Anladıq ki, əvvəlki iki zərbədən ağılları başlarına gəlməyib. Odur ki, üçüncü və dünya hərb tarixində olmayan bir zərbə ilə, cəmi 23 saata dizlərini yerə qoyub başladılar yalvarmağa ki, babalarmız andraniklər də, israei orilər də, keşiş qaponlar da, qaryagin njdelər də sizə qurban, bizə dəymiyin cəhənnəm olub gedək. Biz də yenə adamlıq eləyib əl saxladıq, hələ dedik ki, kim günahsızdısa və bizim ölkədə yaşamaq istəyirsə, buyurub yaşasın. Zərbimizdən necə yıxılmışdılarsa, elə sürünüb sərhədi (yəni şərti sərhədi-T.N.)) o tərəfə keçməyi xoşbəxtlik sandılar.
Beləcə, son üç ilin sentyabrında onların dolmalıqları dolub, biz də onu rahatca boşaltmışıq, “Böyük ERmənistan mifi”ni torpağın dərin qatında dəfn eləmişik. İndi 2024-ün sentyabrı gəlib. Qarabağda uzun illər mövcud olmuş və diz çökərək özünü buraxmağa məcbur qalmış oyuncaq hərbi xuntanın qondarma rejiminin əsas simalarından olan Samvel Şahramanyanın məhz sentyabr ayında növbəti cəfəng iddialar ortaya atması Ermənistanı növbəti bədbəxtliyə aparır. Ermənistan Samvel Şahramanyanın dediyi istiqamətlərdə kiçik bir addım atmağa cəhd etsə, başına nələr gələcəyinə şahid olacaq. Yenə samvellər unudublar ki, Azərbaycan Prezidentinin dəfələrlə xəbərdarlıq edərək xatırlatdığı kimi, Dəmir Yumruq yerindədir!
Samvel Şahramanyanın sayıqlamaları göstərir ki, artıq Qərbi Azərbaycan Mühacir Hökumətinin yaradılmasının vaxtı yetişib. Qərbi azərbaycanlıların öz doğma torpaqlarına, tarixi yurd yerlərinə qayıdışı məsələsinə daha sistemli yanaşma olmalıdır. Və hər kəs əmin olsun ki, belə bir hökumətin yaranması, sonda bu hökumətin öz Vətəndaşlarını doğma yurdlarına qaytarması kifayətdir ki, ermənilər Zəngəzuru, Göyçəni, İrəvanı, Dərələyəzi, Amasiyanı qoyub firəngistana qədər “asta qaçan namərddir” deyib qaçacaqlar. Çünki tarix boyu Vətənsiz yaşayan bu məxluq Vətən anlayışını dərk edə bilmir. Dərk etmədikləri bir şeyin qədrini hardan bilsinlər?
Sonda bir təklif irəli sürmək istəyirəm. Azərbaycanın, tərkibi yenicə - 2024-ün sentyabrında formalaşmış Milli Məclisində elə sentyabr ayındaca Qərbi Azərbaycanla əlaqədar xüsusi komissiya yaradılsın və həmin komissiya Qərbi Azərbaycan Mühacir Hökumətinin yaradılması ilə bağlı hüquqi addımları müəyyənləşdirsin. Axı niyə hər dəfə sentyabrda əsgərlərimiz verməlidi onların cavablarını. Bu dəfə sahədə yox, parlamentdə, həm də beynəlxalq hüququn normaları əsasında addım atmaq daha yaxşı olardı! Yoxsa ilan (oxu: erməni) ulduz (oxu zərbə) görməsə ölməz (oxu:ağıllanmaz)...