26.12.2024, 20:42
AZ EN
15.07.2024, 15:45

Oğru elə danışır ki...

Nəsib QARAMANLI

Artak Beqlaryan adlı bir hay söz oğrusu yenə də danışıb, amma hay olmayan doğrunun bağrı çatlamayıb, əksinə gülməyi tutub. Axı, hay oğrusunun sözünə gülməmək olmur. Həmin bu hay separatçıların Xankəndini işğal etdiyi zaman yaxasını cıra-cıra deyirdi ki, ombudsmanam, yəni insan haqlarını qoruyan. Onda da doğrunu gülmək tuturdu ki, ay hay, anasuni tay, məgər sizdə insan var ki, hələ bir hüququ da olsun. Həmin bu Artak Xankəndidən sıpıxaraq İrəvana qaçdıqdan sonra adını "arsax birliyi" qoyduğu 4-5 nəfərlik bir qrup yaradıb. İşi-gücü bütün gün Azərbaycanın ünvanına hürməkdir. Bu yaxınlarda isə Amerikanın Nevsveek jurnalında bir məqalədə yazıb ki, Azərbaycanda insan haqqları qorunmadığına görə İrəvana axışdıq, yoxsa dərimizə saman təpərdilər. Demir və deməz də ki, haylara çox şans verildi ki, adam olun, inteqrasiya edin, adam kimi yaşayın. Hamısı ayaqlarını fransız ayaqqabılarına dirəyib "çe" deyib durdular, sonra da İrəvana getdilər ki, birdən Araik, Bako, Arkadi, David, Beqlaryan və b. haylar kimi qulaqlanıb, ya da  buruntaqlanıb Bakıya çay içməyə aparılarlar. İndi ağzına gələni yazır, deyir ki, dini ayrıseçkiliyi də var, etnik ayrıseçkilik də. Bax, burda yenə gülürsən və deyirsən ki, yalan deyənin lap dini rəhbərinə lənət. Bakıda hansısa  iransevdalı, gərməçi, narkoman damlanıbsa, bunun  dinə nə dəxli? Allah demir ki, öz xalqına, dövlətinə xəyanət elə. Bu hay dığa nə vaxtdan islam təəssübkeşi olub?

Nəysə, bu dığa nə yazıbsa hamısı uydurmadır, elə hayların tarixləri kimi.

Ona görə də gülməsən olmur.