26.12.2024, 20:15
AZ EN
10.01.2024, 14:20

ABŞ-nın qaranlıq tərəfi

Tahirə AĞAMİRZƏ

1492-ci ildə Xristofor Kolumbun Amerikaya gəlişinə qədər tarixçilər Şimali və Cənubi Amerikada yaşayan hindularla bağlı müxtəlif rəqəmlər səsləndirirlər. Qızıldərililərin 8 milyondan çox olduğu bildirilir. Həmin dövrdə Şimali və Cənubi Amerikada müxtəlif dillərdə danışan yüzlərlə fərqli etnik qruplar, qəbilələr yaşayırdı. Avropalıların hindularla müqayisədə iki üstünlüyü var idi: odlu silah və atlar.Çünki onların gəlişinə qədər həm Şimali, həm Cənubi Amerikada yerli əhali yalnız itləri, hind toyuğunu və lamanı əhliləşdirə bilmişdi. Əli silahlı və at üzərində olan ağdərililər hindularda vahimə yaradırdı. Müstəmləkəçilər qızııldərililərdən qorxduqları üçün  hinduları öldürür, su mənbələrini zəhərləyir, qəsdən suçiçəyi xəstəliyinə yoluxdurur, övladlarını əllərindən alır, qadınlara qarşı amansız davranırdılar. Yerli əhalini torpaqlarından qovurdular. Hətta roma papasının təklifi ilə gəlmələr hinduların immun sisteminə yad olan xəstəlik yayırlar. Hindu qadınlar düşmən əlinə keçməsin deyə körpə uşaqlarını suda boğur və ya bitkilərdən istifadə etməklə hamiləliklərini sonlandırırdılar. Kişilər qızıl mədənlərində, qadınlar isə tarlalarda istismar edilirdi. əksəriyyəti öz ölkələrində cinayət əməllərinə görə cəzalandırılan avropalılar, Amerika qitəsinə gələndə öz başlarına gələnləri yerli əhaliyə qarşı tətbiq edirdilər. Avropalılarla təmasdan sonra qızıldərililərin 40-45 faizi yoluxucu xəstəliklərdən ölür. Hindular yerli çaylardan topladıqları qızılı avropalılara verir, əvəzində ödədikləri verginin əlaməti olaraq mis jeton alırdılar. Mis jeton ala bilməyənlərin isə əlləri və qolları kəsilirdi.

1880-ci illərdə ABŞ hökuməti ilə bir sıra hindu qəbiləsi arasında 500-ə yaxın razılaşmalar imzalansa da, sonradan pozulub. Hökumət yerli əhalinin torpaqlarını gəlmələrə paylayır, müqavimət göstərənlər, qadın, uşaq, yaşlılar da daxil olmaqla avropalı hərbçilər tərəfindən amansızcasına məhv edilirdi. ABŞ-ın banisi Corc Vaşinqton hinduları vəhşi canavarlara bənzədirdi. Xristian missionerlər Şimali Amerika hindularının mədəniyyətində dağıdıcı rol oynayıb, mədəni soyqırımı törədib. 1830-cu ildə baş konqresi hinduların düşərgələrə köçürülməsi haqqında qanun qəbul edir. Bu qanun torpaqlar uğrunda müharibələrə son qoymalı idi. Lakin yalanlarla dolu sənəd həqiqətdən uzaq idi. 1931-ci ildə ABŞ hökuməti hinduların torpaqlarını əllərindən alır v bir neçə hindu tayfalarını düşərgələrə köçürür.

“Gözyaşı yolu” adlanan bu köç zamanı  əksər qırmızıdərili yollarda soyuqdan, aclıqdan və xəstəlikdən ölürdü. Gəlmələr hinduların əsas qidası olan bizonları ovlamaqla yerli əhalini aclığa məhkum edirdi. Bəzən ovçular 1,5 ilə, 5 mindən çox bizonu bilərəkdən ovlayırdılar.

Ən dəhşətli və genişmiqyası soyqırımlar Kaliforniyada həyata keçirilib. Hətta qubernator hinduların kökü kəsilənə qədər müharibənin davam edəcəyini səsləndirirdi. Mənbələrə görə, dövlət idarələrinin zirzəmiləri hinduların kəllə sümükləri ilə dolu idi. Çünki dövlət hər hindu kəlləsinə görə mükafat nəzərdə tuturdu.

1856-cı ildə hindu baş dərisinə görə mükafat 25 sent idisə, 4 il sonra artıq 5 dollar idi. Bunun üçün Kaliforniyaya mükafat dalınca axışanlar da var idi. 1890-cı ildə 300 hindunu qətl etmık və  nüfuzlu qəbilə başçısını öldürməklə, ABŞ-da qətliama son qoyulur. Amerikalılar hindulara qarşı 65-dən çox qətliam törədib. “Last Masacre”  (“Son qətliam”) 1911-ci ildə baş verib.

ABŞ yarandıqdan XIX əsrin sonralarına qədər yerli əhalinin 600 milyon hektar torpağı qəsb edilib. XX əsrin əvvəllərində ABŞ ərazisində 250 minə yaxın hindu qalmışdı.

Adolf Hitlerin  soyqırımı və ölüm düşərgələri ideyasını ABŞ tarixindən götüdüyü bildirilir. 1924-cü il iyunun 2-də ABŞ-da hndulara vətəndaşlıq verən qanun qüvvəyə minsə də,  yerli əhali yalnız 1948-ci ildə səsvermə hüququ qazanıb. 60-70-ci illərdə ABŞ-da xəstəliklərlə bağlı həkimə müraciət edən hindu qadınlar və yeniyetmə qızlar özləri bilmədən strelizasiya edilirdilər. İldə 3 min əməliyyat keçirən həkimlər hindu qadınlarının 6 faizini sonsuz ediblər.

ABŞ hökuməti ilə də hələ sülh razılaşdırılması imzalamayan yeganə hindu tayfası seminollardır.

Aktyor Marlon Brando öz avtobioqrafiyasında Amerika hindularının soyqırımından bəhs edir. Əksəriyyətin onları insan hesab etmədiyini bildirir.

Hazırda 260-dan çox düşərgədə yaşayan qırmızıdərililər turistləri ritual rəqslərlə əyləndirirlər.

Bu gün Şimali Amerikada yerli xalqların sayı 2-5 faiz təşkil edir.

Ərazicə elə də böyük olmayan rezervasiyalarda bu gün də hinduları rahat buraxmırlar. Əli milyonlarla qızıldərilinin qanına bulaşan ABŞ hökuməti 2010-cu ildə soyqırımlara görə qitənin əsl sahiblərindən yalnız üzr istəməklə kifayətlənib.