22.07.2024, 03:29
AZ EN
17.11.2023, 12:39

Bizim Xoşbəxt xalq əzmimizi qıra bilməzlər

Tahirə AĞAMİRZƏ

Biz çox xoşbəxt xalqıq. Bəlkə də Tanrının sevimli qullarından birincisiyik. Çünki bizə düşmən kəsilən bir çox dövlətlər tərəfindən başımıza gətirilən bütün müsibətlərə səbirlə sinə gərməyi nümayiş etdirmişik hər zaman. Çünki birinci Tanrıya, sonra özümüzə güvənmişik. Tanrının xalqımıza bəxş etdiyi ən zəngin torpaqlara, məkanlara sahib olduğumuz üçün tarix boyu bir millət olaraq bizi əzməyə, məhv etməyə çalışıblar. Bu o  torpaqdır ki,  millətimizin varlığını yaşatmaq, tanıtmaq üçün böyük tarixi şəxsiyyətlər yetişdirib. Varlığımızı dərk etdiyimiz andan milliliyimizə, tarixi köklərimizə, mədəniyyətimizə, incəsənətimizə, əzəli və əbədi torpaqlarımıza sahiblənmişik. Müsəlman ölkəsi kimi adət-ənənələrimizi əsr-əsr, nəsil-nəsil yaşatmağı davam etdirmişik. Amma kimsənin heç bir şeyində gözümüz olmayıb. Nə qonşuluğumuzdakı, nə də digər dövlətlərə qarşı kinlə, nifrətlə, düşmənçiliklə böyüməmişik, belə ruh hər zaman xalqımıza yad olub. Biz azdlığı, sülhü, əmin-amanlığı, mehriban yaşamağı üstün tutmuşuq. Qonaqpərvərliyimiz ölkə-ölkə gəzib dolaşıb. Elə erməniləri də hər zaman süfrəmizin başında otuzdurmuşuq, necə deyərlər, ən yaxşı tikəmizi də onlara yedizdirmişik, ən yaxşı torpağımızı da onlara vermişik ki, yaşasınlar. Amma bizə qarşı əsrlər boyu haqsızlıq, düşmənçilik edilib ermənilər tərəfindən. Düşmən evlərimizin içində yaşaya-yaşaya bizə nifrət edib, çörəyimizi yeyə-yeyə bizi arxadan bıçaqlayıb.

Həqiqətən də belə oldu. Düşmən məğlub oldu, biz qalib lduq. Bu gün biz xoşbəxtliyi öz zəhməti ilə, gücü ilə əldə edib bu xoşbəxtliyi yaşamaq haqqını qazanmış xalqıq, İlham Əliyev kimi Müzəffər Sərkərdəsiylə Böyük Millətik. Ona görə ki, artıq üç ildir ki, biz məğlub xalqdan Qalib xalqa çevrilmişik. Uzun illərdən sonra torpaqlarımız düşmən işğalından təmizlənib, düşmənin çirkli ayaqları altında tapdalanan torpaqlarımız Qalib Ordumuz sayəsində paklanıb, özünün əsl  sahibini qoynuna alıb. Xalqımızın inanc yerləri – pirləri, ocaqları, ziyarətgahları, məscidləri öz halallığına qovuşub. Uzun illər işığı sönən, zülmətlərə qərq olan, düşmənlərimiz tərəfindən varidatı talan olan, yerlə yeksən olan Qarabağ və Şərqi Zəngəzurda bu gün abadlıq-bərpa işləri sürətlə davam edir. Artıq Zəngilanımızda, Laçınımızda, Füzulimizdə, Şuşamızda yeni yaradılan tarixini və müasirliyi özündə əks etdirən abad şəhərlərimizdən düşən İŞIQ və Azərbaycannın üç rəngli Bayrağının Xankəndidə, Xocalıd, Ağdərədə məğrur-məğrur dalğalanması bizə qarşı həmişə ikili standartlarla yanaşan bir sıra dünya dövlətlərinin gözlərini elə ağrıdır  və bu ağrı onların düşünmə qabiliyyətini də zəlil etdiyindən Azərbaycanın həqiqətlərini, Zəfərini, Qalibiyyətini, ÖZÜNƏ sahib çıxmasını həzm edə bilmirlər. Belə məkrli dövlətlərin bir siyasi xətti var: nəyin bahasına olur-olsun Azərbaycanın azad, suveren hüquqlarının, sülh siyasətinin qarşısını almaq, XOŞBƏXT XALQ əzmini qırmaq, Ermənistanı müdafiə edirmiş kimi görünüb bölgəyə yerimək, yeni münaqişə ocaqları yaratmaq, aranı qatmaq bizi yeni müharibələrə çəkmək və s.

Amma... Hələ Azərbaycan Respublikasının Prezidentli seçildiyi ilk günlərdən öz xalqına, Azərbaycan millətinə sahib çıxan, verdiyi vədləri əzmkarlıqla yerinə yetirən Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bu gün də öz siyasi xətti ilə, öz addımı ilə, öz gücü ilə hərəkət edir. Gəlin, bir anlığa bütün dünya dövlətlərinə diqqət yetirək. Hansı ölkələrdə Azərbaycanda olduğu  tolerantlıq nümunəsi var? Ölkəmizdə onlarla qeyri-millətlərin nümayəndələri yaşayır. Bizdən fərqləri varmı? Xeyir. Bütün bu stabilliyi, dinindən, dilindən, irqindən asılı olmayaraq ölkəmizdə yaşayan insanların sərbəst yaşamasını təmin edən Prezidentimizin müdrikliyi, insansevərliyi, humanistliyi sayəsindədir. Bu gün işğalçı Ermənistanı müdafiə edənlər dövlətimizə qarşı gündə bir bəyanatla çıxış edir, haqsızlığa bir cür bəzəkli don geydirirlər. Nədir axı bizə qarşı bu alovlanan düşmənçilik, bu kin, bu nifrət...? Yaxşı millət olmağımıza görəmi, haqq-ədaləti müdafiə etməyimizə görəmi, sülhsevər olmağımıza, başqalarının toyuğuna belə daş atmamağımıza görəmi, 1992-ci ildən üzü bu yana, 2020-ci ilə qədər Azərbaycanın  20 faiz torpağını işğalda saxlayan, 800 mindən çox insanı etnik təmizləməyə məruz qoyan, yeddi rayonu tamamilə dağıdıb xarabalığa çevirən, işğal nəticəsində Azərbaycana 100 milyard dollardan çox ziyan vuran, torpaqlarımızda 1 milyona yaxın mina bastıran Ermənistan üzərində Qələbə çaldığımıza görədirmi bu düşmənçilik?! Nə vaxta kimi bu ikili standartlar davam erdiriləcək....

SON XƏBƏRLƏR