26.12.2024, 20:22
AZ EN
01.01.1970, 04:00

Şanlı Zəfərimiz mübarək

Mina RƏŞİD

Bu səhər avtobusda oxuduğum kitab (R. Abdullaoğlunun “Koramal” əsəri) məni ağlatdı, neylədimsə göz yaşlarımı saxlaya bilmədim. Çünki əsərdə Birinci Qarabağ müharibəsində erməni cəlladlarının əsirlərimizin başına açdığı müsibətlərdən bəhs edilirdi. Bunlar nə nağıl, nə də yuxu idi, azərbaycanlı olduğumuz üçün soydaşlarımızın, doğmalarımızın başına gətirilən müsibətlər idi. O dilə gəlməyən, sözə sığmayan vəhşiliklə, dünyada analoqu olmayan qəddarlıqla körpələrimizə, analarımıza, oğullarımıza verilən işgəncələri göz önünə gətirdikcə düz 30 ildən sonra düşməndən aldığımız qisasa, böyük Qələbəmizə, Şanlı Zəfərimizə bütün qəlbinlə sevinir və “Yaşasın Azərbaycan” deyə qışqırmaqdan özünü  güclə saxlayırsan. Necə ki, Xocalı faciəsindən bəhs edən filmin (Saida Haqverdiyevanın filmi) sonunda Azərbaycan Ordusunun bizə yaşatdığı Zəfər sevincini sakitlcə əyləşib seyr edə bilməmişdik...

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz ordumuzun 30 ildən sonra Azərbayacana bəxş etdiyi Şanlı Zəfər  o qədər dəyərlidir ki, biz onun qiymətini illər keçdikcə, əsrlər dolandıqca daha çox hiss edəcəyik. Görəsən başımıza gətirilən müsibətlərdən, düz 30 il torpaqlarımızın düşmən tapdağında qalmasından sonra zalım düşmən üzərində qazandığımız bu böyük Zəfərdən artıq bizim sevincimiz olarmı?

Xankəndinin işğaldan azad olunması hələ insanlarımıza, bu torpağın sakinlərinə yuxu kimi gəlir. Hələ biz bu Zəfər sevincinin həyəcanından ayrıla bilməmişik. Yəqin ömürümüzün sonuna kimi də, bu sözlə ifadə olunmayan bənzərsiz,  gözəl hisslər həmişə bizimlə bərabər olacaq. Hər an Şəhidlərimiz ürəyimizin başında xatırlanacaq, qazilərimizi görəndə, onları düşünəndə gözlərimiz işıqlanacaq, dönə-dönə bizə bu Zəfəri yaşadan, ən çətin anlarda sarsılmaz iradəsini dəmir yumruğa çevirən Müzəffər Ali Baş Komandanımıza boyük ehtiramımızı ifadə edəcəyik...

Ulu Öndər Heydər Əliyev xalqın təkidi ilə Azərbaycana yenidən hakimiyyətə gətiriləndə torpaqlarımızın 20 faizi işğal edilsə də, qaçqın-köçkün problemi ölkəni bürüsə də, biz yenə öz inamımızı itirmədik. Çünki o böyük azərbaycanlı, xalqın rəğbətini qazanmış Ümummilli Liderimiz Azərbaycanın ən ucqar yerlərinə qədər qarış-qarış gəzib evlərindən, isti ocaqlarından didərgin düşən incanlara ürək-dirək verir, bir gün  mütləq o doğma yerlərə qayıdacaqlarına onlarda böyük inam yaradırdı. Bu gün o böyük insanın keçdiyi yollara baxdıqca heyrətə gəlirsən. Heydər Əliyev torpaqlarımızın qan tökülmədən sülh yolu ilə geri qaytarılması üçün bütün gücünü səfərbər etdi. Dünyanın o başından Azərbaycana gələn ölkə başçılarını köçkünlərin yanına aparırdı, onları həqiqətlə üz-üzə, öz vicdanları ilə baş-başa buraxırdı. Köçkünlərə deyirdi ki, torpaqlarımız istərdik ki, sülh yolu ilə alınsın, qan tökülməsin. Amma bu alınmayanda biz müharibə ilə mütləq öz torpaqlarımızı düşməndən azad edəcəyik. Çünki Azərbaycan qəhrəman xalqdır, onun qədim tarixi, böyük keçmişi var.

İnanırıq ki, bu gün Şuşada, Xankəndidə, Xocalıda, Ağdərədə üçrəngli müqəddəs bayrağımız dalğalandıqca Ulu Öndərimizin də ruhu şad olur.

Zəfər dolu noyabr ayına qədəm qoymuşuq. Böyük Şanlı Zəfərimiz mübarək olsun. Bizə bu böyük sevinci bəxş edən Müzəffər Ali Baş Komandanımız yüz yaşasın. Yaşasın Yünilməz Azərbaycan Ordusu. Müqəddəs şəhidlərimizin məzarları nurla dolsun, qazilərimizə Allah şəfa versin.

 Yaşasın Azərbaycan. Qarabağ Azərbaycandır!