1707-ci ildə Parisin erməni kilsəsində erməni yepiskopunun, fransız və rus diplomatlarının Osmanlı imperiyasını parçalamaq məqsədinə nail olmaq üçün uydurulan "Ermənistan", daha sonra isə "böyük Ermənistan" ideyasının həyata keçirilməsi üçün siyasi reallığa uyğun müxtəlif yalanlara rəvac verilməsi bu gün də, amma yeni forma və üslubda davam etməkdədir. 2020-ci ilin 44 günlük müharibəsində darmadağın edilən ermənilərin öz himayədarlarının qızışdırması ilə reallığa əks olan mövqedən çıxış edərək təxribat silsiləsini dayandırmaması, əlbəttə, güclü ordusu və siyasi iradəsi olan Azərbaycanı narahat etməyə bilməzdi. Cəmi bir gün davam edən lokal antiterror əməliyyatında olan - qalan mövqelərini də itirən Ermənistanın Qarabağdakı xeyli hayın öz evlərini tərk etməsini təşkil etməsi də məhz ermənilərin növbəti təxribatlarındandır.Bu onların ayrı-ayrı politoloqların,dövlət rəsmilərinin də çıxışlarındakı sətiraltı ifadələrdən açıq-aydın görünür.
Erməni mətbuatının bu gün də yaydığı feyk xəbərləri oxuduqca isə yenidən aydın olur ki,yalançılıq, şər, böhtan və "Hraparak"ın baş redaktoru Armine Ohanyanın təbirincə desək qorxaqlıq ermənilərin genetik kodudur.
Məlum olduğu kimi, ermənilər Azərbaycanda həmişə xalqın və dövlətin qayğısı ilə əhatə olunsalar da 1988-ci ildə yenidən separatçılığa başlayıb və 1 milyondan çox soydaşımız öz ev-eşiyindən didərgin düşüb. Amma xalqımız vı dövlətimiz yenə də Qarabağdakı haylara reinteqrasiya imkanı verib və bunun üçün erməni icmasının nümayəndələri ilə görüşlər də olub. Həmçinin indi onlara hərtərəfli yardım göstərilir. Erməni mətbuatı isə yalanlarını davam etdirir. Bu isə nə onlara, nə də Qarabağdan könüllü olaraq Ermənistana gedən insanlara fayda verən deyil. Ədalətli rus ekspertinin də etiraf etdikləri kimi, həmin ermənilərin rahat və firavan həyatı yalnız qüdrətli Azərbaycanda mümkündür.