26.12.2024, 20:52
AZ EN
15.09.2023, 14:58

Uğuru yaşatmaq missiyası...

Elxan SALAHOV

  • Bu xəbəri eşidəndən özümə yer tapa bilmirəm, 8 ildir Qarabağda hamımızın şərəfini qoruyan Azərbaycan zabitinin ağır xəstəliyə düçar olmuş körpəsinin təcili əməliyyatına necə kömək etməyin mümkünlüyünü götür-qoy edirəm. Gücüm çatmır, çarəsizəm! Ona görə dostlarıma, həmyerlilərimə, Azərbaycanda və ölkə xaricində yaşayan imkanlı şəxslərə müraciət edirəm:

Əziz dostlar və həmvətənlər!

Kəlbəcər rayonunun Başlıbel kəndindən məcburi köçkün olan, 44 günlük Zəfər müharibəsinin iştirakçısı, hazırda isə düşmənlə təmas xəttində xidmətini davam etdirən hərbçimizin körpə balası həyatla ölüm arasında çırpınır. Hələ iki yaşı tamam olmayan Uğur qan xəstəliyindən əziyyət çəkir. Gəncədə məskunlaşmış anası, nənəsi, babası onun effektiv müalicəsi naminə aylarla Bakıdakı xəstəxanalarda qalmağa məcburdur. Bu yaxınlarda isə məlum olub ki, Uğura qardaş Türkiyədə təcili ilik köçürülməlidir və bunun üçün ən azı 140 min manat lazımdır. Ancaq ən yaxın qohum-əqrəbanın dəstəyi ilə davam edən uzunmüddətli müalicə ailənin maliyyə imkanlarını tükədib.

Vaxt da azdır. Türkiyədəki həkimlərin dediyinə görə sentyabrın sonunadək ilik köçürmə əməliyyatı aparılmasa, Uğuru bu ağır xəstəlikdən xilas etmək mümkün olmayacaq. Odur ki, sizlərdən xahiş edirəm, dəstəyinizi əsirgəməyin! İndi yeganə ümid xeyirxah insanlaradır!

Əziz kəlbəcərlilər! Dar günlərin, məşəqqətli illərin əzabını yaşayan, yardıma ehtiyacın nə olduğunu öz güzəranından anlayan həmyerlilərim!

Uğurun sağalması, ayağa qalxıb dirçəlməsi və yaşaması bizlərdən çox asılıdır. Atasının hazırkı şəraitdə ön cəbhədə xidmət etməsinin nə demək olduğunu hər kəs anlayır. Deməli, təcili əməliyyata ehtiyacı olan Uğurun tibbi xərclərinin toplanmasına dəstək vermək hamımız üçün həm də mənəvi borcdur! Xahiş edirəm, ödəyəcəyiniz məbləğin azlığına-çoxluğuna fikir verməyin, nəyə gücünüz çatırsa, aşağıdakı kart hesabına ödəniş edin!

Və nəhayət, çox sınaqları mərdanəliklə adlayıb keçməyi bacaran başlıbellilər!

İndi əsil birlik məqamıdır! Tanrının izni ilə yaşamaq üçün doğulmuş bu körpə balanın sağalması fərdi və kollektiv səfərbərbərliyimizdən çox asılıdır! Ehtiyacı olana əl tutmaq, çətinliyə düşəni dardan qurtarmaq ata-babalarımızın qoyduğu yoldur! Şahidəm ki, son 30 ildə yaşadığımız sosial çətinliklərə, mənəvi-psixoloji sıxıntılara baxmayaraq, bu müqəddəs yolu keçmişdə olduğu kimi, ləyaqətlə və mərdliklə davam etdirə bilmişik! İnanıram ki, hamımız birlikdə bu sınaqdan da elliklə üzüağ çıxmağı bacaracaq, balaca Uğurun tam və effektiv müalicəsinə vəsilə ola biləcəyik!

Yardımlaşmağı sevən Allah hər birinizə yar və yardımçı olsun!

Tanrı bizləri öhdəsindən gələ bilməyəcəyimiz çətinliklərə düçar etməsin!

Rəbbim xeyirxah, yardım əlini uzada bilən hər kəsin qazancını bol və xeyirliyə qismət eləsin!

Dəstəyiniz və köməyiniz üçün əvvəlcədən hər kəsə təşəkkürlər!

Əlaqə nömrəsi: 055 239 28 36 (Aynurə Qasımova - Uğurun anası)

Ödəniş kartı (UniBank):  4098 0944 2243 7986

Kartın bitmə tarixi: 09/27