14.01.2025, 01:38
AZ EN
20.04.2023, 13:45

Azərbaycan bayrağı İrəvanda da dalğalanacaq

Nəsib QARAMANLI

  • Müzəffər Ali Baş Komandan, Azərbaycanımızın Prezidenti cənab İlham Əliyevin sırağagün bəyan etdiyi "Ermənilər gərək yaxşı fikirləşsinlər. Bir gün yuxudan ayılanda başlarının üstündə Azərbaycan bayrağı görə bilərlər" (erməni dilindən tərcümə- N.Q) - müdrik və həqiqətə söykənən sözləri də erməni mətbuatında geniş ajiotaj yaradıb.

Ermənilər möhtərəm Prezidentimizin bu hikmətli və bir gün reallığa çevriləcək fikirlərinin qardaş Türkiyənin Prezidenti R.T.Ərdoğanın dəstəyindən irəli gəldiyini iddia edərək Ərdoğanın Yunanıstan barədə dediyi "biz qəflətən gecə içəri girə bilərik" dediyi sözlərlə eyni məna daşıdığını və iki Liderin Böyük Turan yaratmağa çalışdığını vurğulayıblar.

Qeyd edək ki, bu mövzuya dair yazılarda ermənilərin öp havadarlarına böyük ümidlər bəslədiyi də həm sətiraltı, həm də tam açıq mətnlə vurğulanır. Daim islam dünyasının dəyərlərini ermənilərə, fransızlara görə ayaqlar altına atan İranın sərhədimizə yaxın ərazilərdə qoşun cəmləməsi, bu günlərdə kəşfiyyat funksiyası yerinə yetirən radarlar quraşdırması isə ermənilərin müvəqqəti sevinməsinə səbəb olub. Bir neçə politoloqun, o cümlədən, valideynləri vaxtilə Gəncədə yaşamış Tatevik Hayrapetyan adlı gənc Azərbaycanşünasın molla rejiminin, necə deyərlər, borcundan çıxmaq üçün bu il aşuranı İrəvandakı "Yerablur" hərbi məzarlıqdan başlanması barədə təşəbbüsü isə mollaların xoşuna gəlib ki, bu da islamda müqəddəs hesab edilən şəxslərin ruhuna, xatirəsinə böyük təhqirdir.

Azərbaycana və onun dostlarına qarşı həqiqəti əks etdirməyən ittihamlar ünvanlayan ermənilər, görünür, bununla səhər oyananda başlarının üstündə Azərbaycan bayrağının dalğalandığı günü daha da tezləşdirmək istəyirlər. Azərbaycan əsgəri isə həmin günü onların qaraçı taleyinə yazmağa hazırdır. Axı, bu da həqiqətdir ki, zəfər türkün qanında əbədi məskən salıb.